Ana Sayfa > Siyasət > Jirinovskinin prezidentliyə namizədliyi qeydə alındı

Jirinovskinin prezidentliyə namizədliyi qeydə alındı


22-12-2017, 14:39. Yazar: admin
Jirinovskinin prezidentliyə namizədliyi qeydə alındı


Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin prezidentliyə namizədliyi qeydə alınıb.



Bu haqda Modern.az Rusiya KİV-nə istinadən xəbər verir.



Məlumatı Rusiya Mərkəzi Seçki Komissiyası yayıb.



V.Jirinovski ölkə prezidentliyinə namizədliyi rəsmən qeydiyyata alınan ilk siyasətçi olub.



Qeyd edək ki, Rusiya Liberal Demokrat Partiyasının 31-ci qurultayında V.Jirinovskinin prezidentliyə namizədliyi irəli sürüb. Bununla da o, altıncı dəfə prezident seçkisində namizəd olub.



Xatırladaq ki, Rusiyada növbəti prezident seçkisi 2018-ci ilin martında keçiriləcək.

aia.az
Geri dön