Ana Sayfa > Siyasət > “Silahlı Qüvvələr haqqında” qanun layihəsi müzakirə olunub

“Silahlı Qüvvələr haqqında” qanun layihəsi müzakirə olunub


22-12-2017, 14:26. Yazar: admin
“Silahlı Qüvvələr haqqında” qanun layihəsi müzakirə olunub



Dekabrın 22-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlik barədə məlumat verib. Bildirilib ki, birinci məsələ parlamentin “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Qərarında dəyişikliklər edilməsi məsələsidir.

Dəyişikliklərə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində” sözləri “Azərbaycan Ordusunun sülhməramlı kontingentinin Türkiyə Respublikası Silahlı Qüvvələrinin” sözləri ilə, “Azərbaycan Respublikası Silahlı Qüvvələri dörd taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində” sözləri isə “Azərbaycan Ordusunun sülhməramlı kontingentinin Türkiyə Respublikası Silahlı Qüvvələrinin” sözləri ilə əvəz edilir. Bu qərar 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Gündəliyə daxil olan ikinci məsələ isə “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişikliklər olunmasıdır. Bu dəyişikliklər texniki xarakterlidir.

Sonra iclasda “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub.

Müzakirələrdən sonra hər üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib.

aia.az
Geri dön