Ana Sayfa > Gündəm > Suraxanı polisi maarifləndirmə işini davam etdirir - FOTOLAR

Suraxanı polisi maarifləndirmə işini davam etdirir - FOTOLAR


22-12-2017, 12:14. Yazar: admin
Suraxanı polisi maarifləndirmə işini davam etdirir - FOTOLAR


Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Suraxanı rayonunda narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində növbəti tədbir Əmircan qəsəbəsində baş tutub.

Suraxanı rayon Əmircan qəsəbəsi 84 saylı orta məktəbdə keçirilən tədbirdəSuraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov ümumbəşəri problem olan narkomaniyaya qarşı bütün dünya ölkələrinin ciddi addımlar atdığını bildirib. Ölkəmizdə də narkomaniyaya qarşı davamlı işlər görüldüyünü deyən N.Həsənov vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir: "Aidiyyəti dövlət qurumları Dövlət Proqramında nəzərdə tutulan tədbirlər planına uyğun olaraq öz öhdələrinə düşən vəzifələri yerinə yetirir. Daxili İşlər Nazirliyi olaraq orta ümumtəhsil müəssisələrində, eləcə də ayrı-ayrı yerlərdə bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçiririk.Bu il Suraxanı rayonunun ayrı-ayrı orta ümumtəhsil müəssisələrində bu tipli tədbirlər təşkil olunub. Narkotika insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki get-gedə "azalır", fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlar insanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ "cangüdən" rolunu oynayırlar. Narkotik maddə qəbul edən insanlar özləri də bilmədən həmin orqanları iflasa uğratdıqlarından yoluxucu xəstəlik onların iç dünyasına asanlıqla daxil olur”.




Həyata keçirilən maarifləndirmə tədbirlərinin nəticəsindən də danışan N.Həsənov qeyd edib ki, rayonumuzda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ötən illərlə müqayisədə xeyli aşağı düşüb. Bunun da əsas səbəblərindən biri rayon ərazisində aparılan maarifləndirmə işi, həmçinin "qaynar xətt”in yaradılmasıdır: "Təcrübə göstərir ki, məhz "qaynar xətt” vasitəsilə vətəndaşların narkomaniya ilə bağlı məlumatlarını əldə etmək və müvafiq tədbirlər görmək mümkündür. Burada bir məqam da var ki, "qaynar xətt” vasitəsilə bizə müraciət edənlərin təhlükəsizliyi üçün onların anonimliyini saxlayırıq. Nəticədə həm vətəndaşımız güvəndə olur, həm də bizə etibarı inamı artır. Bu qarşılıqlı əlaqə də bizim narkomaniyaya qarşı uğurlu mübarizəmizə köməkdir. Düşünürük ki, bu istiqamətdə sizlər də bizə yardımçı olacaqsınız”.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallara cavab verilib.

aia.az
Geri dön