Ana Sayfa > Karusel / Cəmiyyət > Arvadının başını kəsən ər sərhəddə yaxalandı

Arvadının başını kəsən ər sərhəddə yaxalandı


22-12-2017, 11:53. Yazar: admin
Arvadının başını kəsən ər sərhəddə yaxalandı


Dekabrın 20-də Binəqədi qəsəbəsində yaşayan Rasim Çəltikov evində münaqişə zəminində arvadı Arifə Çəltikovanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirmiş, nəticədə qadın hadisə yerində ölmüşdü.


Faktla bağlı cinayət işi başlanmışdı.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə,polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Rasim Çəltikovun getdiyi istiqamət müəyyən edilib. O, Xaçmaz rayonu ərazisində "Yalama” Sərhəd Keçid Məntəqəsində Binəqədi RPİ-nin 4-cü Polis Bölməsi və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

aia.az
Geri dön