Ana Sayfa > Manşet / Gündəm > Yeni il hədiyyələri alarkən diqqətli olun! - Xəbərdarlıq

Yeni il hədiyyələri alarkən diqqətli olun! - Xəbərdarlıq


21-12-2017, 11:43. Yazar: admin
Yeni il hədiyyələri alarkən diqqətli olun! - Xəbərdarlıq


"Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində tarix qoyula bilər, amma bu tarix onun içindəkilərinə aid deyil. Ona görə də vətəndaşlar hədiyyə alarkən diqqətli olmalıdırlar".

Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor əvəzi İmran Abdullayev deyib. Onun sözlərinə görə, əvvəlki illərdə hədiyyə qutularında yararlılıq müddəti bitmiş məhsulların satışına rast gəlinib.

"Əvvəlki illərdə vaxtı keçmiş şirniyyatların qutulara yerləşdirilməsinin şahidi olmuşuq. İndi sahibkarlıq fəaliyyətinin yoxlanılması dayandırıldığından qutularla bağlı yoxlamalar apara bilmirik. Əgər müraciət edilsə, şikayət araşdırıla bilər ".

I.Abdullayev bildirib ki, RGEM qida təhlükəsizliyi məsələsinə nəzarət etməyəcək. Bu sahəyə yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək.

RGEM direktor əvəzi bildirib ki, dövlət bağçalarında və özəl bağçalarda xüsusi qida rasionlarında müəyyən çatışmazlıqlar var. Onun sözlərinə görə, bütün bağçalarda azyaşlılar üçün xüsusi menyuların tərtibinə diqqət ayrılır:

"Aparılan araşdırmalarda müəssisələrdə bu normaları pozan rəhbərliklər müvafiq normalara uyğun cəzalandırılır. Qeyd edim ki, Bakı Şəhər İcra Hakimiyyəti nəznində olan qurumlar bağçaları qida ilə təmin edi və burada xüsusi standartlar yoxdur. Hər bağçada uşaqların yaş həddi, orqanizmi nəzərə alınır. Məsələn əgər hər bir uşağa 23 qr kərə yağı düşürsə, uşağın yaş həddi (3-6 yaş), orqanizmi( piylənməyə meyillilik və s.) nəzərə alınaraq azaldıla bilir. Qida rasionu azyaşlılar üçün olduqca önəmlidir və bu kimi norma pozuntuları kəskin şəkildə işıqlandırılmalıdır".

İmran Abdullayev onu da qeyd edib ki, bağçalarda zəhərlənmə halları da qidaların standartlara uyğun şəkildə saxlanılmaması ilə əlaqəlidir:

"Ötən il ilə müqayisədə bu il bu kimi şikayətlər azalıb. Bağçalarda qidalar müəyyən normalara uyğun (3-7 günlük) saxlanılır. Buna nəzarət üçün xüsusi komissiya yaradılıb . Belə olan halda bağırsaq çöpləri, mədə-bağırsaq pozuntusu kimi xəstəliklərin yayılmasının qarşısı alınır. Mövsüm ərzində dəfələrlə profilaktik tədbirlər aparılıb və heç bir gigiyenik norma pozuntusuna rast gəlinməyib".(azvision.az)

aia.az
Geri dön