Ana Sayfa > Media > Sabiq vitse-prezidentə 63 il cəza verildi
Sabiq vitse-prezidentə 63 il cəza verildi20-12-2017, 17:54. Yazar: admin |
İranın keçmiş vitse-prezidenti Həmid Rza Bakai 63 il müddətinə azadlıqdan məhrum edilib. Modern.az-ın məlumatına görə, o, dövlət vəsaitlərindən sui-istifadədə ittiham olunur. Qeyd olunur ki, məhkəmə keçmiş vitse-prezidenti iri məbləğdə dövlət vəsaitini sərf etməkdə və 63 fərqli bank hesabı açmaqda təqsirli bilib. Qeyd edək ki, H.R.Bakai Mahmud Əhmədinejadın prezidentliyi dövründə 2005-ci ildən 2013-cü ilədək vitse-prezident vəzifəsini tutub. aia.az Geri dön |