Ana Sayfa > Karusel / Gündəm > Jurnalist Əvəz Zeynallı cərimələndi, sərbəst buraxıldı
Jurnalist Əvəz Zeynallı cərimələndi, sərbəst buraxıldı20-12-2017, 17:26. Yazar: admin |
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bir qədər öncə Binəqədi rayon Məhkəməsində cərimələnərək, sərbəst buraxılıb. Modern.az saytı xəbər verir ki, məhkəmənin qərarı ilə jurnalist 200 manat məbləğində cərimə edilib. Xatırladaq ki, Əvəz Zeynallı dünən - dekabrın 19-da polisə aparılmışdı. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparılan jurnalist Binəqədi şosesinin bağlanmasını videolentə alarkən saxlanılmışdı. Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni əmrinə tabe olmama) ilə inzibati iş açılmışdı. aia.az Geri dön |