Ana Sayfa > Karusel / Gündəm > Deputat Qalib Salahzadənin oğlu 3 il müddətinə azadlıqdan məhrum edilib
Deputat Qalib Salahzadənin oğlu 3 il müddətinə azadlıqdan məhrum edilib20-12-2017, 12:00. Yazar: admin |
Nəsimi Rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Şəlalə Həsənova sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Əlihüseyn Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Ə.Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə ittiam olunur. Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ə.Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir. AİA.Az Geri dön |