Ana Sayfa > Karusel / Ölkə / Seçilənlər-2 > Əhalinin sayı 10 milyona çatacaq – 2019-cu ildə
Əhalinin sayı 10 milyona çatacaq – 2019-cu ildə20-12-2017, 11:15. Yazar: admin |
Azərbaycan əhalisinin sayı 2019-cu ildə 10 milyon nəfərə çatacaq. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. O qeyd edib ki, 2017-ci ilin əvvəlində Azərbaycan əhalisi 9,8 milyon nəfər təşkil edib, noyabrın 1-nə isə 9 883,3 min nəfərə qədər artıb. Nazir bildirib ki, əhalinin orta yaşı 32,3 təşkil edir: “0-14 yaş arası vətəndaşlar əhalinin 22,6 faizini, 14-29 – 25 faiz, 30-74 yaş arası isə 46,1 faizini təşkil edir. 65 və yuxarı yaşda olanların payı isə 6,3 faizdir”. AIA.Az Geri dön |