Ana Sayfa > İdman / Seçilənlər-3 / Aia TV / Karusel > Yumruqlaşan güləşçimiz yarışdan qovuldu - VİDEO

Yumruqlaşan güləşçimiz yarışdan qovuldu - VİDEO


11-11-2015, 15:35. Yazar: admin

Yarışın nəticəsi ləğv edilib.

Avropa Millətlər Kubokunda Azərbaycan güləşçisi Ali Maqomedabirovla Belarus idmançısı İvan Yankovski arasında keçirilən görüş insidentlə yadda qalıb.

Aia.az AzNews.az-a istinadən xəbər verir ki, təmsilçimiz hesabda 4:3 öndə olduğu zaman güləşçilər arasında dava baş verib.

125 kq çəkidə yarışan güləşçilər gözlənilmədən bir-birilərinə yumruq zərbələri endirməyə başlayıb. Lakin məşqçilər heyətinin araya girməsi nəticəsində tərəfləri sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, hər iki idmançı yarışdan diskvalifikasiya olunub və yarışın nəticəsi ləğv edilib.
[media=https://youtu.be/eIhyeXPQZ0g]
Geri dön