Ana Sayfa > Gündəm > Obama İrana görə narkotik ticarətinə göz yumub

Obama İrana görə narkotik ticarətinə göz yumub


18-12-2017, 17:57. Yazar: admin
Obama İrana görə narkotik ticarətinə göz yumub


ABŞ-ın eks-prezidenti Barak Obama İranın nüvə sazişindən imtina etməməsi üçün Hizbullahın narkotik ticarəti barədə istintaqı dayandırmağı əmr edib.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” informasiya yayıb.

Məlumata görə, 2008-ci ildə Hizbullahın qanunsuz narkotik və silah satışı, çirkli pulların yuyulması və digər cinayətləri barədə sübutlar əldə olunduqdan sonra “Kassandra layihə”si adlı kampaniya başladılıb. Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları 8 il ərzində bu layihə üzərində çalışıb. Onlar narkotik dövriyyəsinin marşrutunu müəyyənləşdirmək, çirkli pulların hansı vasitələrlə yuyulmasını aydınlaşdırmaq üçün müxtəlif əməliyyatlar keçiriblər.

Hizbullah bütün bu qeyri-qanuni fəaliyyətlərdən il ərzində təxminən bir milyard dollara qədər gəlir götürüb. Barak Obama İranın nüvə sazişinə sadiq qalması və imtina etməməsi üçün aparılan istintaqın yekunlaşmasına qərar verib.


aia.az
Geri dön