Ana Sayfa > Manşet / Siyasət > “Azərbaycanda özümüzü yad hiss etmirik” - İranın XİN rəhbəri
“Azərbaycanda özümüzü yad hiss etmirik” - İranın XİN rəhbəri18-12-2017, 16:58. Yazar: admin |
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu ölkədə səfərdə olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. aia.az-ın "İRNA” agentliyinə istinadən verdiyi xəbərə görə, görüş zamanı Zərif qeyd edib ki, İran və Azərbaycan xalqı hər iki ölkədə özlərini evdəki kimi hiss edir və heç vaxt özlərini xarici vətəndaş kimi hiss etmirlər. XİN rəhbərinin sözlərinə görə,İranNaxçıvan Muxtar Respublikası ilə əlaqələrin genişlənməsi və dərinləşməsində maraqlıdır və onun ölkəsi dəmiryolu, infrastruktur, kənd təsərrüfatı, bu sahədə birgə istehsal və elektrik enerjisinin istehsalı kimi layihələrdə maraqlıdır. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri isə eyni zamanda bildirib ki, Muxtar Respublika elektrik enerjisi, turizm və nəqliyyat sahələrindəİranla əməkdaşlığı genişləndirməyə hazırdır.(azvision.az) aia.az Geri dön |