Ana Sayfa > Ölkə > Gün ərzində mindən çox fişəng və pirotexniki vasitə aşkarlanıb

Gün ərzində mindən çox fişəng və pirotexniki vasitə aşkarlanıb


16-12-2017, 14:23. Yazar: admin
Gün ərzində mindən çox fişəng və pirotexniki vasitə aşkarlanıb




Tovuz Gömrük İdarəsinin əməkdaşları təkcə bir gün ərzində dörd fakt üzrə 1103 ədəd fişəng və 33 qutu pirotexniki vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən aia.az-a verilən məlumata görə, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən bu malların hamısı idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının idarə etdiyi minik avtomobillərində aşkar edilib.

Bütün faktlarla bağlı araşdırma aparılır.

aia.az
Geri dön