Ana Sayfa > Karusel / Dünya > Məsud Yılmazın oğlunun meyiti tapıldı

Məsud Yılmazın oğlunun meyiti tapıldı


16-12-2017, 13:43. Yazar: admin
Məsud Yılmazın oğlunun meyiti tapıldı




Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu, 38 yaşlı Yavuz Yılmazın İstanbulda Beykozda yerləşən evində meyiti tapılıb.

aia.az "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, güllə yarasından dünyasını dəyişən Yavuz Yılmazın intihar etdiyi ehtimal olunur.
Hazırda polis hadisə yerində araşdırma aparır. Onun cangüdənləri ifadələrində "Səhər evə çilingərlə girdik, silahı baş tərəfində tapdıq" deyiblər.


Amerikada olan sabiq baş nazir oğlunun ölüm xəbərini eşitdikdən sonra Türkiyəyə yola düşüb.

Qeyd edək ki, Yavuz Yılmaz nişanlısı aparıcı Sevinc Sapmaz ilə 3 illik sevgi münasibətindən sonra ayrılması ilə gündəmə gəlmişdi.

aia.az
Geri dön