Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Ermənilər Qapanlını atəşə tutdular

Ermənilər Qapanlını atəşə tutdular


11-11-2015, 13:27. Yazar: admin

Qarayevə məxsus ev güllələrin hədəfi olub.

Erməni silahlı bölmələri ötən gecə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, kənd sakini Feyruz Qarayevə məxsus evin dam örtüyü, divarları və pəncələri güllələrin hədəfi olub.

Bu zaman ev sahibləri yuxuda olduğundan xəsarət alan olmayıb.
Geri dön