Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıda intihara cəhd edən kişinin qarşısı alındı

Bakıda intihara cəhd edən kişinin qarşısı alındı


16-12-2017, 13:42. Yazar: admin
Bakıda intihara cəhd edən kişinin qarşısı alındı




Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət mərkəzində baş verən intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb.

aia.az xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər kişi ticarət mərkəzinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

aia.az
Geri dön