Ana Sayfa > Karusel / Ölkə > "Kanal 13"ün rəhbərinə 6 İL HƏBS
"Kanal 13"ün rəhbərinə 6 İL HƏBS15-12-2017, 17:24. Yazar: admin |
Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucovun məhkəməsi iclası başa çatıb. aia.az-ın xəbərinə görə, prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Ə.Orucovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, onun barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.(lent.az) aia.az Geri dön |