Ana Sayfa > Manşet / Gündəm > Nazir: "Bu il suda batmaq təhlükəsi ilə üzləşmiş 296 nəfər xilas edilib"

Nazir: "Bu il suda batmaq təhlükəsi ilə üzləşmiş 296 nəfər xilas edilib"


14-12-2017, 15:09. Yazar: admin
Nazir: "Bu il suda batmaq təhlükəsi ilə üzləşmiş 296 nəfər xilas edilib"


Dekabrın 14-də FHN-in yaradılmasının 12-ci ildönümü münasibətilə genişləndirilmiş kollegiya iclası keçirilib.

aia.az xəbər verir ki, islasda fövqəladə hallar naziri Kəmaləddin Heydərov çıxış edib.

Nazir bildirib ki, əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı şəkildə mühafizəsinin təşkili məsələləri diqqət mərkəzində saxlanılır. Nazir qeyd edib ki, bu ilin geridə qalan dövründə 3900-dan çox mənzil və fərdi evdə yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkar edilib, həmin nöqsanların aradan qaldırılması üçün qaz istismar idarələrinə məlumat verilib.
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları və Formula-1 yarışları zamanı tədbirlər keçirilən obyektlərdə heç bir yanğın hadisəsi qeydə alınmayıb.


Hesabat dövründə çimərliklərdə nəzarət olunan ərazilərdə 145 nəfər, nəzarət olunmayan qeyri-çimərlik ərazilərində isə batma təhlükəsi ilə üzləşən 151 nəfər olmaqla, ümumilikdə, 296 nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən xilas edilib. Nəzarət olunmayan qeyri-çimərlik ərazilərində suda batmış 47 nəfərin cəsədi tapılaraq təhvil verilib. Nəzarət olunan çimərliklərdə ölüm halı qeydə alınmayıb.

aia.az
Geri dön