Ana Sayfa > Manşet / Ölkə > Pambığın alış qiymətləri artırılacaq
Pambığın alış qiymətləri artırılacaq14-12-2017, 15:08. Yazar: admin |
Gələn il təhvil veriləcək xam pambığın alış qiymətləri hər ton üçün 100-110 manat artırılacaq. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, ixracının artırılması, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün dövlət dəstəyinin gücləndirilməsi və bu sahənin inkişafının sürətləndirilməsi məqsədilə AzərbaycanPrezidentinin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramının Tədbirlər Planının icrasına uyğun olaraq, pambıqçılığın inkişaf etdirilməsi məqsədilə bu il dekabrın 1-də Kənd Təsərrüfatı Nazirliyində İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin rəhbərlərinin, pambıq istehsalı və emalı ilə məşğul olan "MKT İK” MMC və "CTS AQRO” MMC-nin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə cari ildə görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə çatmaq üçün 2018-ci ildə həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilib. aia.az Geri dön |