Ana Sayfa > Karusel / Manşet / Ölkə > “Azərbaycana 100-dən yuxarı universitet lazım deyil” – Deputat

“Azərbaycana 100-dən yuxarı universitet lazım deyil” – Deputat


14-12-2017, 14:05. Yazar: admin
“Azərbaycana 100-dən yuxarı universitet lazım deyil” – Deputat


“Təhsil sistemində, ümumiyyətlə, universitetlərdə elmin inkişafına çalışmaq lazımdır”.
Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə AMEA ilə təhsil sisteminin birləşə biləcəyi ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.
O, bildirib ki, ali təhsil müəssisələrində elmi gücləndirmək lazımdır:
“Bu gün Azərbaycanda 100-dən yuxarı universitet fəaliyyət göstərir. Bu, böyük rəqəmdir. Məncə 100 deyil, 20-30 güclü universitetin yaradılmasına ehtiyac var. Söhbət universitetlərin birləşməsindən, iqtisadi vəziyyətlərinin yaxşılaşmasıdan, təhsilin keyfiyyətinin yüksəldilməsindən və tələbə sayının artırılmasından gedir. İqtisadi potensialı yüksək olan universitetlər öz nəzdində təhsili, elmi inkişaf etdirə bilər”.
Asim Mollazadə Azərbaycan Milli Elmlər Akademiyasının SSRİ dövründən qalmış sistem olduğunu vurğulayıb: “Tədricən bu sistemi xüsusi olaraq, fundamental elmi universitetlərə, kommersiya imkanları olan elmi-tədqiqat universitetlərinə birləşdirmək olar. Onlar öz-özünü maliyyələşdirə bilər”.
AİA.Az
Geri dön