Ana Sayfa > Manşet / Gündəm > Şərqi Qüds Fələstinin paytaxtı elan olunub
Şərqi Qüds Fələstinin paytaxtı elan olunub13-12-2017, 17:18. Yazar: admin |
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə toplantısında yekun Bəyannamə qəbul edilib. APA-nın məlumatına görə, toplantıda iştirak edən ölkələrin imzaladığı Bəyannamədə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir, dünya ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır: "ABŞ qanunsuz qərarından geri çəkilməzsə, yaşananlara görə məsuliyyət daşıyacaq. ABŞ-ın qərarı Fələstin xalqının hüquqlarının tapdalanmasıdır. Bu ölkə İsrail-Fələstin münaqişəsində vasitəçi rolundan çəkilməlidir". Sənəddə vurğulanır ki,BMTTəhlükəsizlik Şurası Qüdsün statusunu müəyyənləşdirən qərar üzərində işləməlidir. Qeyd edək ki, İstanbulda keçirilən sammitdə Azərbaycan prezidentiİlham Əliyevdə iştirak edib. aia.az Geri dön |