Ana Sayfa > Gündəm > Gömrük Komitəsi büdcəyə 2,4 milyard manat köçürüb

Gömrük Komitəsi büdcəyə 2,4 milyard manat köçürüb


13-12-2017, 17:15. Yazar: admin
Gömrük Komitəsi büdcəyə 2,4 milyard manat köçürüb




2018-ci ilin yanvar-noyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 milyard 383 milyon 400,01 min manat vəsait daxil olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 326 milyon 739,7 min manat və ya 15,89 faiz artıb.

Bu ilin 11 ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 632 milyon 969,14 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 milyard 64 milyon 339,54 min manat, aksizlər üzrə 78 milyon 248,7 min manat, yol vergisi üzrə isə 31 milyon 842,63 manat təşkil edib.

Xatırladaq ki, 2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununa əsasən, Dövlət Gömrük Komitəsi üçün 2 milyard 250 milyon manat illik büdcə öhdəliyi müəyyənləşdirilib. Bu ilin noyabrın 16-da faktiki olaraq 2 milyard 300 milyon manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməklə 2017-ci il üzrə müəyyən olunan 2 milyard 250 milyon manat illik büdcə öhdəliyi vaxtından əvvəl 50 milyon manat artıq və ya 102 faiz yerinə yetirilib.

aia.az
Geri dön