Ana Sayfa > Karusel > Sabah yağış yağacaq

Sabah yağış yağacaq


13-12-2017, 14:09. Yazar: admin
Sabah yağış yağacaq


Dekabrın 14-də Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, arabir yağış yağacaq, cənub-şərq küləyi əsəcək.

AİA.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, havanın temperaturunun yarımadada gecə 5-7°, gündüz 9-12°, Bakıda gecə 5-7°, gündüz 10-12° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var.

Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5°, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti təşkil edəcək.

AİA.Az
Geri dön