Ana Sayfa > Parlament / Aia TV / Karusel > Azərbaycanda yeni sürüşmə təhlükəsi
Azərbaycanda yeni sürüşmə təhlükəsi10-11-2015, 16:51. Yazar: admin |
Son günlər yağan leysan yağışlarla əlaqədar Azərbaycanın cənub zonasındakı sürüşmə sahələrində vəziyyət gərginləşib, yeni sürüşmə ocaqları yaranıb Aia.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib. Onun sözlərinə görə, sel sularının təsiri nəticəsində Lənkəran-Astara zonasında vəziyyət gərginləşib: "Ətraf əraziləri su basdığından əməkdaşlar sürüşmə ocaqlarında da tədqiqat işi apara bilməyiblər". Qeyd edək ki, noyabrın 7-dən 10-dək Lənkəran-Astara zonasında güclü yağış yağıb. Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 69-122 mm olub ki, bu da aylıq normanın 44-72 faizini təşkil edib. Geri dön |