Ana Sayfa > İdman > Hacı Zeynalabdin qəsəbəsində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş dama yarışı keçirilib

Hacı Zeynalabdin qəsəbəsində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş dama yarışı keçirilib


13-12-2017, 11:24. Yazar: admin







Ötən gün Hacı Zeynalabdin qəsəbəsi 32 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş dama yarışı keçirilib.



aia.az xəbər verir ki, yarış Hacı Zeynalabdin Bələdiyyəsi, Qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi və Qəsəbə Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə baş tutub. Qızlar və oğlanlar arasında keçirilən yarışda 6, 19, 32, 40 nömrəli və Laçın məktəbinin Aşağı Cicimli kənd otra məktəbinin şagirdləri iştirak edib. Oyundan əvvəl Qəsəbə Ağsaqqallar Şurasının sədri Arif Qafarov çıxış edərək iştirakçıları salamlayıb və onlara oyunun qaydalarını başa salaraq, uğurlar arzulayıb. Oyun Olimpiya sistemində keçirilib, yəni məğlub olan şəxs oyunu tərk edib.

Damla üzrə turnirin qalibləri 1-ci və 3-cü yer 6 nömrəli tam orta məktəbin şagirdləri Təhmasib Nurəhmədov və Məhəmməd Allahverdiyev, 2-ci yer 32 nömrəli tam orta məktəbin şagirdi Həcər Mustafayeva olmuşlar.

Sonda qaliblərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
aia.az










Geri dön