Ana Sayfa > Ölkə > Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq


12-12-2017, 17:10. Yazar: admin
Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq



Asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq sabah (13 dekabr) səhər saatlarından etibarən Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində, daha dəqiqi prospektdə yerləşən yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

aia.az xəbər verir ki, bu barədə "Azəravtoyol” məlumat yayıb.

Məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarınadək tətbiq ediləcək.

aia.az
Geri dön