Ana Sayfa > İdman / Aia TV / Karusel > Azərbaycanlı xanım dünya çempionu oldu

Azərbaycanlı xanım dünya çempionu oldu


10-11-2015, 16:21. Yazar: admin

Bir neçə gün əvvəl İspaniyanın Benidorm şəhərində keçirilən UNUFİED Dünya Çempionatında döyüşən idmançılarımız Azərbaycana qayıdıb

İlk dəfə dünya çempionu adına layiq görülən və qızıl medalı ölkəmizə gətirən, sanda döyüşünün qalibi (60 kq) 31 yaşlı idmançımız Günay Hacıyeva Heydər Əliyev adına Hava Limanından “Strateq.az”a bildirib ki, yarışda iştirak edən 26 idmançıların əksəriyyəti ölkəyə qızıl, gümüş, bürünc medalla qayıdıb: “Buradan ikisi qadın olmaqla 26 idmançıyla yola düşmüşdük. 12 medalla geri dönmüşük”.

Günay Hacıyeva ilk görüşdə polşalı, ikinci görüşdə irlandilayalı, sonuncu görüşdə isə italiyalı rəqibinə qalib gələrək dünya çempionu olub.
Geri dön