Ana Sayfa > Manşet / Təhsil > ATU-da Ulu Öndərin xatirəsi anılıb
ATU-da Ulu Öndərin xatirəsi anılıb11-12-2017, 18:04. Yazar: admin |
Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. Toplantının əvvəlində Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə giriş sözü ilə çıxış edən ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev bildirdi ki, dünya siyasi elitasında özünəməxsus nüfuz və söz sahibi olan dövlət başçılarından biri də Heydər Əliyev olub: “Respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndərimiz ilk növbədə Azərbaycanın iqtisadiyyatını, onun sənayesini, onun təhsilini, onun səhiyyəsini, mədəniyyətini olduqca yüksək dərəcədə inkişaf etdirib. Burdakıların əksəriyyəti bilir ki, 1975-ci ildən sonra təhsil sahəsində Azərbaycan gənclərinin SSRİ məkanında oxumağa göndərilməsi və müxtəlif sahələrdə ixtisaslaşmış kadr kimi ölkəmizə qayıtması olduqca böyük bir məsələ idi. Bunlar məhz ümumilli liderin sayəsində mümkün oldu”. S.Əliyev qeyd etdi ki, müstəqillik dövründə də hakimiyyətə gələn Heydər Əliyev ilk növbədə Azərbaycanın iqtisadi potensialının artması üçün bütün sahələrdə yeniliklər yaradıb. Daha sonra prorektor, professor S.Əliyev, ümummilli liderin müstəqillik dövründə 2 dəfə ATU-ya gəldiyini, onun təhsilə və səhiyyə sahəsinə, xüsusilə Tibb Universitetinə böyük diqqət və qayğı ilə yanaşdığını bidirdi: “Ümummilli lider Heydər Əliyev dünya siyasət elitasında öz sözünü demiş böyük şəxsiyyətdir. Bunu yalnız azərbaycanlılar deyil, həm də bütün dünya bilir və danışır. Ulu Öndərin dünya siyasətində rolu əvəzsizdir. Bir azərbaycanlı olaraq bu, bizdə fərəh hissi yaradır”. Daha sonra ATU-nun ictimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev çıxış edərək ulu öndərin Azərbaycan xalqı qarşısında çoxsaylı xidmətlərindən yalnız bir neçəcini xatırlatdı: “Neft istehsalında zavodların icrası, təhsil sahəsində gənc kadrların hazırlanması və gənc nəslin milli ruhda böyüməsi üçün digər addımların həyata keçirilməsi çox böyük uğurlardır. Bundan əlavə, ulu öndər çox ədalətli insan olub. Xatırladıram ki, xalq şairi Bəxtiyar Vahabzadə 60-cı illərdə qanunsuz olaraq saxlanılanda, məhz Heydər Əliyevin müdaxiləsindən sonra azad edilib. Vətənpərvər bir insan kimi Heydər Əliyev daim milli ruhu yaşadıb”. ATU-nun II uşaq xəstəlikləri kafedrasının müdiri, professor Amaliya Əyyubova öx çıxışında ulu öndərin təhsil və səhiyyə sahəsinin inkişafı üçün gördüyü işlərdən söz açdı: “Azərbaycanda təhsil və səhiyyə sahəsində baş verən yeniliklər onun adı ilə bağlıdır. Hazırda burada oturan alimlər daim böyük konfranslarda, tədbirlərdə iştirak edirlər. Bizim alimlərə bu imkanın yaradılması məhz Heydər Əliyevin təhsil sahəsindəki inkişafın təməlini qoyması səbəb olub”. Daha sonra A.Əyyubova tədbir iştirakçıları ilə ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü. Yekunda ATU-nun II müalicə-profilaktika fakültəsinin VI kurs tələbəsi Xatun Məmmədova ümummilli lider Heydər Əliyev haqqında düşüncələrini səsləndirdi. Tədbirdə çıxış edənlər qeyd etdilər ki, Ümummilli Liderin rəhbərliyi dövründə ölkənin bütün sahələri yüksək səviyyədə inkişaf edib. Onun Azərbaycanın rifahı və gələcək inkişafı üçün gördüyü işlər əvəzsizdir. aia.az Geri dön |