Ana Sayfa > Gündəm > Nazir muzeylərlə bağlı tapşırıq verdi

Nazir muzeylərlə bağlı tapşırıq verdi


11-12-2017, 16:56. Yazar: admin
Nazir muzeylərlə bağlı tapşırıq verdi



Dekabrın 11-də Azərbaycan Milli İncəsənət Muzeyində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə paytaxt muzeylərinin fəaliyyətinə həsr olunan müşavirə keçirildi.

Müşavirədə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin Aparatının rəhbəri Rafiq Bayramov və müvafiq sahə üzrə struktur bölmələrin əməkdaşları, eləcə də Bakı şəhərində fəaliyyət göstərən muzeylərin direktorları iştirak edirdi.
Əbülfəs Qarayev çıxış edərək ölkəmizdə müasir tələblərə cavab verən muzey fəaliyyətinin qurulması, muzey işinin təkmilləşdirilməsi istiqamətində atılması olan addımlardan danışdı: “İndi ölkəmizdə turizm sənayesi özünün inkişaf dövrünü yaşayır. Hər il ölkəmizə gələn turistlərin sayı artmaqdadır. Həm yerli əhalinin, həm də xarici turistlərin asudə vaxtlarının daha səmərəli təşkili, eyni zamanda mədəni irsimizin təbliği üçün muzeylərin əvəzsiz rolu var. Ölkə əhalisinin və turistlərin muzeylərə cəlb olunması üçün sistemli fəaliyyət qurulmalıdır. Artıq bir neçə muzey turizm şirkətləri ilə müqavilə bağlayıb. Bu istiqamətdə işlər davam etdirilməlidir”.
Nazir qeyd etdi ki, muzey işçilərinin bilik və bacarıqlarının daha da artırılması, muzey işi üzrə yeniliklərin tətbiqi daha da genişləndirilməlidir: “Dünya inkişaf edir. Bizim yerimizdə saymağımızın vaxtı deyil. Müasir texnoloji imkanlardan istifadə edib zamanla ayaqlaşmalıyıq. İnternet saytlarının işinin düzgün qurulması, sosial şəbəkələrdən fəal istifadə olunaraq muzeylərin fəaliyyətinin təbliğ olunması çox vacibdir. Həm ölkə vətəndaşlarının, həm də xarici qonaqların muzeylərə marağının artırılması üçün təbliğat işləri gücləndirilməlidir. Eyni zamanda muzey bələdçilərinin biliklərinin də artırılması vacibdir”.
Əbülfəs Qarayev vurğuladı ki, son illər digər mədəniyyət ocaqları kimi, muzeylərdə də təmir-bərpa işləri görülüb, ekspozisiyalar yenidən qurulub: “Bu gün əksər muzeylərimizdə işin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb. Bu şəraitdən düzgün istifadə edərək insanları muzeylərə cəlb etməliyik”.
Nazir sonda bir daha muzey işinin təkmilləşdirilməsi və muzeylərə daha çox ziyarətçilərin cəlb olunması istiqamətində tapşırıq və tövsiyələrini verdi.

aia.az
Geri dön