Ana Sayfa > Manşet / Təhsil > Orta məktəblərdə riyaziyyat fənni düzgün tədris olunur?
Orta məktəblərdə riyaziyyat fənni düzgün tədris olunur?9-12-2017, 13:02. Yazar: admin |
Orta məktəblərdə riyaziyyat fənninin tədrisində bəzi məsələlər tətbiq edilmir. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədi Məleykə Abbaszadə deyib. M.Abbaszadə qeyd edib ki, 1-ci sinifdən başlayaraq, riyaziyyatın tədrisində statistikanın əsasları, ehtimal nəzəriyyəsi kimi məsələlər yeni kurrikuluma daxil edilib: "Problem nədən ibarətdir? Məktəblərdə indi dərs deyən müəllimlər vaxtilə ali məktəbdə, məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetində nə statistikanın əsaslarını, nə də ehtimal nəzəriyyəsini keçiblər. Onlar indi ali məktəbdə tədris edilməlidir. Riyaziyyat axı cəbr və həndəsə deyil. Riyaziyyatın müxtəlif istiqamətləri və nəzəriyyələri var. İndiki dövrdə riyaziyyat çox aktualdır. İndi yeni növ sahələr orta məktəb proqramlarına daxil edilib. Bu normaldır və bu, bütün dünyada belədir. Ali məktəbdə tədris proqramları əvvəlcədən müasirləşdirilərək müəllimlərə verilməlidir ki, məzun həmin proqramla məktəbə gələ bilsin".(trend) aia.az Geri dön |