Ana Sayfa > Manşet / Gündəm > “İçərişəhər” İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarıldı
“İçərişəhər” İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarıldı9-12-2017, 13:01. Yazar: admin |
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarılıb. Bununla bağı "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” qərarda dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, bu qərarın 1-3-cü hissələrində "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısında yazılmış "Nazirlər Kabineti yanında” sözləri çıxarılıb. Bununla yanaşı, "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”yə dəyişiklik edilib. Bu dəyişikliyiə əsasən də «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısındakı "Nazirlər Kabineti yanında” sözləri çıxarılıb. Qoruq əvvəllər olduğu kimi yenə də İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən idarə ediləcək. aia.az Geri dön |