Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan və Türkiyənin parlament sədrləri görüşdülər

Azərbaycan və Türkiyənin parlament sədrləri görüşdülər


8-12-2017, 17:48. Yazar: admin
Azərbaycan və Türkiyənin parlament sədrləri görüşdülər




Dekabrın 7-də Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Şura iclasında və təşkilatın 7-ci plenar sessiyasında iştirak etmək üçün Bişkek şəhərində olub.

Elə həmin gün səfər çərçivəsində Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri İsmayıl Qəhrəmanla görüşüb.

aia.az-ın məlumatına görə, görüşdə Azərbaycan Milli Məclisi ilə TBMM arasında əlaqələrin daha da dərinləşdirilməsi, regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, TürkPA Assambleya Şurasının iclasında qurumun fəaliyyəti ilə bağlı bir sıra məsələlər, o cümlədən növbəti plenar sessiyanın gündəliyinə təklif olunan sənəd layihələri müzakirə ediləcək.

TürkPA-da Özbəkistanın və Türkmənistanın qonaq kimi iştirakından məmnunluq ifadə edilib, birgə fəaliyyətin önəmi diqqətə çatdırılıb.

aia.az
Geri dön