Ana Sayfa > Manşet / Gündəm > Jurnalist hüququndan sui-istifadəyə görə cəza dəyişdirilir
Jurnalist hüququndan sui-istifadəyə görə cəza dəyişdirilir8-12-2017, 17:45. Yazar: admin |
Kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi qaydası dəyişdirilir. Modern.az-ın məlumatına görə, bununla bağlı Kütləvi informasiya vasitələri haqqında” qanunun 19-cu maddəsnin 4-cü bəndinə dəyişiklik təklif edilir. Hazırki qanunvericiliyə görə, kütləvi informasiya vasitəsi məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində iki dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır. Təklif olunan dəyişikliyə görə isə kütləvi informasiya azadlığından və ya jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətində dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılır. Qanun layihəsinə dəyişiklik Milli Məclisin dekabrın 15-də keçriləcək iclasında müzakirə ediləcək. aia.az Geri dön |