Ana Sayfa > Manşet / Təhsil > “Gərək nəbzin Vətənin nəbzi ilə vursun” mövzusunda anım tədbiri

“Gərək nəbzin Vətənin nəbzi ilə vursun” mövzusunda anım tədbiri


8-12-2017, 17:40. Yazar: admin




08 dekabr 2017-ci il tarixdə H.Əliyev mərkəzində Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə ümummili liderimiz Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı gənclərin iştirakı ilə “Gərək nəbzin Vətənin nəbzi ilə vursun” mövzusunda anım tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov açaraq ümummilli lider Heydər Əliyevin vaxtilə vətən haqqında söylədiyi bir kəlamı iştirakçıların nəzərinə çatdırdı “Gərək nəbzin Vətənin nəbzi ilə vursun“ və qeyd etdi ki, bu kəlam onu söyləyən dahi insanın həyat fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Həqiqətən də xalqının, millətinin ağır günlərində, çətin anlarında onun yanında yer alan ümummilli lider Heydər Əliyevin nəbzi vətəninin, Azərbaycanın nəbzi ilə döyünürdü.

Ümummilli liderimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov çıxış edərək ulu öndər Heydər Əliyevin bütün zamanların şəxsiyyəti olduğunu qeyd etdi. Bildirildi ki, Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu və keçmiş SSRİ-də yüksək vəzifədə çalışdığı dövrlərdə də ölkənin inkişafı üçün böyük işlər görmüşdür. Ulu Öndər ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da Azərbaycanı inkişaf yoluna çıxarmış, müstəqilliyimizi dönməz və əbədi etmişdir. Bu dahi şəxsiyyətin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqın rifahının yüksəlməsinə nail olunmuşdur.Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə böyüməkdə olan gənc nəslə xüsusi diqqət və qayğı, onların hərtərəfli inkişafı üçün göstərdiyi xidmət əvəzsizdir.Bu gün Azərbaycanda dövlətini, vətənini sonsuz bir məhəbbətlə sevən, ümummilli lider Heydər Əliyevi özünə örnək götürərək xalqının, dövlətinin, millətinin ağır günlərində bir yumruq kimi birləşməyi bacaran gənc nəsil yaşayır. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir.

H.Əliyev mərkəzinin direktoru Arifət Əhmədova çıxış edərək ümummilli liderin hamıya örnək ola biləcək zəngin həyatı, ictimai-siyasi və dövlətçilik fəaliyyətindən,onun xilaskarlıq missiyasından, ulu öndərin Bərdəyə etdiyi tarixi səfərlərdən, zəhmətkeşlərlə görüşlərindən, onlara göstərdiyi diqqət və qayğıdan danışdı.

Tədbirin sonunda iştirakçılar “Heydər Əliyev Dünyaya pəncərə” sənədli filminə tamaşa etdilər.

aia.az







Geri dön