Ana Sayfa > Karusel / Aia TV > Damla gecəni hansı məşurlarla keçirəcək?

Damla gecəni hansı məşurlarla keçirəcək?


8-12-2017, 11:45. Yazar: admin





Türkiyəli müğənni Damla Yeni il gecəsini türkiyəli məşhurları Klavye Levent, Bağlamacı Nesat və Adem Zagrosla birlikdə keçirəcək.

Müğənni aia.az-a açıqlamasında Almaniyanın Wiesbaden şəhərinin elit məkanlarından birində baş tutacaq Yeni il şousuna xüsusi hazırlaşdığını bildirib:
“Hər çıxışım bir şoudur. Mənim üçün səhnə müqəddəs məkandır. Yeni il gecəsindəki tədbirə ciddi hazırlaşıram. Eksklüziv səhnə kostyumum olacaq. Həmin libasın üzərində bir neçə modelyer işləyir. Gecəyə uyğun olaraq xüsusi makiyajda olacam. Bundan əlavə, Türkiyədə hazırlanmış bir neçə yeni mahnım var. Onlar hələ heç yerdə səslənməyib. Pərəstişkarlarım həmin mahnıları Yeni il gecəsi dinləyəcək. Məni sevənlər bombalara hazır olsun”.
Bir sözlə əyləncə, coşqu, sürpriz, həyəcan dolu bir gecə tamaşaçıları gözləyir.

aia.az


Geri dön