Ana Sayfa > Aia TV > Təranədən Günayla bağlı qalmaqallı sözlər: "Dedim ki, pulları qaytar..."
Təranədən Günayla bağlı qalmaqallı sözlər: "Dedim ki, pulları qaytar..."6-12-2017, 18:06. Yazar: admin |
Prodüser Təranə Səmədova müğənni Günay İbrahimli ilə bağlı qalmaqallı açıqlama verib. aia.az axşam.az-a istinadən xəbər verir ki, Təranə "Xanım kimi" verilişində ondan incikliyini söyləyib: "Günay İbrahimlidən ürəyim sınıb, amma küsülü deyilik. Mənim əziyyətimi yerdə qoydu. Olsun... Ona o boyda maddiyatı yatıran, ona respublikada Günay İbrahimli adını təsdiqləməsində kömək edən Nuriyyə Əhmədovanın əziyyətini yerdə qoyub. Mənim əziyyətim nədir ki... Nuriyyə xanım biznes məqsədiylə Günaya külli miqdarda pul xərclədi. Amma Günay onu qaytarmadı. Nuriyyə xanımın pulları və mənim əziyyətim sayəsində o, bu gün Günay İbrahimlidir. Mənim vicdanım təmizdir. Amma Günayın vicdanı ona nə deyir? Ona zəng etdim ki, gəl, Nuriyyə xanımın pullarını qaytar, düşmənçilik olmasın. Haqsızlıq və prinsip üzərində qurulan şeylərin axırı yaxşı bitmir. Axı ortada halallıq yoxdur". aia.az Geri dön |