Ana Sayfa > Karusel / Ölkə > Bakı Şaxta babasız qalacaq? - AÇIQLAMA

Bakı Şaxta babasız qalacaq? - AÇIQLAMA


6-12-2017, 18:04. Yazar: admin
Bakı Şaxta babasız qalacaq? - AÇIQLAMA



"Paytaxtın bütün parklarında yolkalar quraşdırılacaq. Ən hündür yolkanın Hökumət evinin qarşısında olacağını təxmin edirik. Lakin hələ ki, buna dəqiq qərar verilməyib".

aia.az xəbər verir ki, bu barədə publika.az-a Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Ə.Bağırov bildirib ki, artıq ilk yolka Nizami küçəsində qurulub, digər rayonlarda da işlərə başlanılır.
Şaxta baba və Qar qız olmaq üçün müraciətlərə gəldikdə, Ə.Bağırov bu il sayın əvvəlki illərdən az olduğunu deyib:

"Bu vaxta qədər cəmi üç müraciət edilib. İldən-ilə bu rəqəm azalır. 2016-cı ildə 50-dən çox, 2017-ci ildə 17 nəfər müraciət etmişdi. Müraciətlərə dekabrın 15-dən sonra baxılacaq. Qəbul qaydaları isə dəyişməyib. Cütlük 120 manat ödəməklə paytaxt sakinlərinə xidmət göstərə biləcək".

Şaxta baba və Qar qız olmaq üçün inamın azalmasında gəldikdə, Ə.Bağırov bunun müxtəlif səbəblərinin olduğunu bildirib:

"Bu insanların Yeni il qəhrəmanlarına inamının azalması ilə də əlaqədar ola bilər. Həmçinin indi insanlar kompüter, telefonlarla oynamaq və ya filmə getməyə daha çox maraq göstərirlər, nəinki küçədə Şaxta baba ilə şəkil çəkdirməyə. Bütün bunlarla yanaşı onlar bayramın qəhrəmanlarıdır, məqsədləri də əhaliyə xidmət etməkdir".

Şaxta baba və Qar qız olmaq istəyənlərə xidmət keyfiyyətinin yüksəldilməsi tələbinə gəldikdə Ə.Bağırov hələ ki, belə bir tələbin olmadığını dedi:

"Mətbuat belə bir məsələni qaldıra bilər. İnsanlardan maraq yaratmaq üçün əlavə işlər görə bilərlər. Lakin bəzən onların soyuqda çətinliklə küçədə dayandıqlarını da unutmamalıyıq".

aia.az
Geri dön