Ana Sayfa > Karusel / Gündəm > İşdən çıxarılan Fazil Məmmədov: “Səhhətimdə problem var”

İşdən çıxarılan Fazil Məmmədov: “Səhhətimdə problem var”


6-12-2017, 16:40. Yazar: admin
İşdən çıxarılan Fazil Məmmədov: “Səhhətimdə problem var”



Dünən prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri vəzifəsindən azad edilən Fazil Məmmədov səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

aia.az xəbər verir ki, eks-nazir “Bizimyol.info” saytına açıqlamasında işdən çıxarılmasına da münasibət bildirib.

F.Məmmədov deyib: “Cənab Prezident məni sərəncam verərək işdən azad edib. Bu barədə səlahiyyətlər prezidentə aiddir və müzakirə olunmur. Mən təşəkkür edirəm. Prezident nə məsləhət bilib, odur. Səhhətimdə az problem var, yaxşıyam, narahat olmayın. Mən bütün jurnalistlərə təşəkkür, minnətdarlıq edirəm”.


aia.az
Geri dön