Ana Sayfa > Manşet / Ölkə > Bu il Azərbaycandan 7 uşaq xaricə övladlığa VERİLİB

Bu il Azərbaycandan 7 uşaq xaricə övladlığa VERİLİB


5-12-2017, 16:19. Yazar: admin
Bu il Azərbaycandan 7 uşaq xaricə övladlığa VERİLİB




2017-ci ildə 7 uşaq xarici ölkəyə övladlığa verilib. Bu barədə Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Seymur Məmmədov bildirib.
Komitə rəsmisi deyib ki, xarici vətəndaşlar əsasən öz qohumlarının uşaqlarını övladlığa götürüblər:

"Eyni zamanda, birinci nikahdan olan uşaqlarını övladlığa götürüblər. Onlardan üç nəfəri Rusiya vətəndaşı olan azərbaycanlılardır. Onların hər üçü öz qohumlarının uşağını övladlığa götürüb. Digər iki uşaq Türkiyə vətəndaşları olan azərbaycanlılar tərəfindən övladlığa götürülüb. Onlardan biri birinci nikahdan olan uşağını övladlığa götürüb. Digəri, azərbaycanlı ilə ailə qurduğuna görə qohum uşağını övladlığa götürüb”.
S. Məmmədov bildirib ki, övladlığa verilən uşaqlar əsasən 2-3 yaş aralığındadır:
"Onlardan yalnız biri 2008-ci il təvəllüdlüdür. Uşaqlardan 4-ü qız, 3-ü oğlandır”.
Qurum rəsmisi uşaqların sonrakı taleyinə nəzarət mexanizminin Mülki Prosessual Məcəllənin 108-ci maddəsində öz əksini tapdığını qeyd edib:
"Məcəllədə göstərilir ki, məhkəmə qətnaməsi çıxarılarkən, övladlığa götürən şəxslərin üzərinə öhdəlik qoyulur. Öhdəlik, övladlığa götürdüyü uşaqlarla bağlı Azərbaycan tərəfinə hesabat təqdim etməsindən ibarətdir. Mülki Prosessual Məcəllədən irəli gələrək Nazirlər Kabinetinin 22 iyul 2008-ci il tarixli 166 saylı qərarı var. Həmin qərarla əcnəbilərin üzərinə qoyulan öhdəlik xüsusi formaya salınıb”.
Komitə nümayəndəsi bildirib ki, indiyədək xarici vətəndaşlara övladlığa verilən uşaqlarla bağlı övladlığın ləğvi qeydə alınmayıb.(modern.az)

aia.az
Geri dön