Ana Sayfa > Cəmiyyət > Hacı Məmmədovun meyiti yarılıb

Hacı Məmmədovun meyiti yarılıb


4-12-2017, 14:53. Yazar: admin
Hacı Məmmədovun meyiti yarılıb




Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsində inthar etmiş DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun meyiti Patoloji Anatomiya Bürosuna aparılıb.

"Report”un məlumatına görə, H.Məmmədovun meyiti yarılaraq müayinə olunub.

Xatırladaq ki, H.Məmmədov keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi “Qara kəmər” əməliyyatı ilə həbs edilib.

19 yanvar 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarına əsasən, ömürlük həbs cəzası alıb. Onun intiharı ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

aia.az
Geri dön