Ana Sayfa > Parlament > Salyan sakinini keçmiş yeznəsi öldürdü
Salyan sakinini keçmiş yeznəsi öldürdü2-12-2017, 16:46. Yazar: admin |
Dekabrın 1-də Biləsuvar rayonunun Təzəkənd kəndində yaşayan Əlican Ağayevin evinə gələn keçmiş yeznəsi, Salyan rayon sakini Ramin Məmmədov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, hadisə nəticəsində Ə.Ağayev yerindəcə ölüb. R.Məmmədov könüllü Biləsuvar RPŞ-yə gələrək istintaqa təslim olub. Araşdırma aparılır. aia.az Geri dön |