Ana Sayfa > Karusel / Təhsil > Şagirdlərdən pul yığılması xəbərinə rəsmi reaksiya

Şagirdlərdən pul yığılması xəbərinə rəsmi reaksiya


1-12-2017, 12:31. Yazar: admin
Şagirdlərdən pul yığılması xəbərinə rəsmi reaksiya




Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 141 nömrəli tam orta məktəbdə istilik sistemində yaranan problemin həll edilməsi üçün şagirdlərdən pul yığılması ilə bağlı məlumatlara aydınlıq gətirilib.

Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbdə istilik sistemində olan problem qazanxanada yaranmış nasazlıqdan meydana gəlib.

"Yaranmış problemin həlli ilə bağlı müvafiq müraciət olunub. Bir neçə valideyn istilik sisteminin zəif olmasından narahatlıq ifadə etsə də, qısa zamanda istiliyin bərpa olunacağı onlara bildirilib. Məktəbdə istilik probleminin həlli ilə əlaqədar şagirdlərdən heç bir vəsait tələb olunmayıb”-deyə məlumatda bildirilib.(azvision.az)

aia.az
Geri dön