Ana Sayfa > Siyasət > Türkiyənin ordu generalı Azərbaycana gəlib

Türkiyənin ordu generalı Azərbaycana gəlib


29-11-2017, 12:09. Yazar: admin
Türkiyənin ordu generalı Azərbaycana gəlib


Bu gün Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən aia.az-a verilən xəbərə görə, səfər çərçivəsində ordu generalı H.Küçükakyüzün Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. Görüşlərdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq. Səfər dekabrın 1-dək davam edəcək.

aia.az
Geri dön