Ana Sayfa > Gündəm > Bakı İstintaq Təcridxanasının rəisi vəzifədən azad olundu, başqa işə keçirildi - YENİLƏNİB

Bakı İstintaq Təcridxanasının rəisi vəzifədən azad olundu, başqa işə keçirildi - YENİLƏNİB


28-11-2017, 19:17. Yazar: admin
Bakı İstintaq Təcridxanasının rəisi vəzifədən azad olundu, başqa işə keçirildi - YENİLƏNİB


Bakı İstintaq Təcridxanasının rəisi işdən çıxarılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərov tutduğu vəzifədən azad olunub.

Bu vəzifəyə 3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov təyin edilib.

Rəşid Səfərovun Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin olunduğu bildirilir.


***

Bakı İstintaq Təcridxanasının keçmiş rəisi Rəşid Səfərov yeni vəzifəyə təyin edilib.

APA-nın əldə etdiyi məlumata görə, R. Səfərov Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərov bir müddət əvvəl tutduğu vəzifədən çıxarılıb. Bu vəzifəyə 3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov təyin edilib.

aia.az
Geri dön