Ana Sayfa > Manşet / Gündəm > Haqqı ədaləti Qanun istəyirik + VİDEO

Haqqı ədaləti Qanun istəyirik + VİDEO


28-11-2017, 12:51. Yazar: admin
Haqqı ədaləti Qanun istəyirik + VİDEO



Susana Şərifova 2009 ilin oktyabr ayında baxşıyev əbülfəzlə ailə həyatı qurdu. İlk gündən əbülfəzin anası baxşıyeva simuzər Susananı istəməməy səbəbini Susananın anasının rus olduğunu bildirmişdi. İlk gündən Susana qaynanası ilə münasibətləri pis olmuş. Əbülfəz əvvələrdə məhkum olmuş və Susana orda olarkən 2011 ci ildə əbülfəzi yenədə AR CM nin 234cü maddəsiylə həbs etdilər. Susana bizə zəng vurub dediki qaynanası simuzər 14 iran vətəndaşını gündəlik kirayəyə verir. Mən burda 2 otaqda tanımadıqım insanlarla yaşa bilmərəm. gəlin məni aparın. Anam gedib Susananı öz yanına uşaqla birlikdə gətirdi. bir qızları Nərgiz əbülfəzin həbsdə olduğu vaxtda anadan oldu. 2012ci ildə əbülfəz həbsdən çıxdı. Susananı götürüb qayıtdı həmən evə. Lakin nə əbülfəz tüfeyli həyatından, narkotiklərdən əl çəkmədi. Nədəki simuzər öz təhqir və sərkilərindən əl çəkmədi. Susana Nərgizi götürüb qayıtdı ana evinə. 2012-2015ci ilədək onlardan heç bir xəbər olmadı. Bu bizədə sərf idi. Çünki biz o ailəylə heç bir ünsiyyətdə olmaq istəmirdik. Lakin Rusiyaya toya gedərkən Nərgizi aparmaq üçün atası əbülfəzdən razılıq ərizəsi lazım idi. Əbülfəz imtina etdi. Susana məcbur olub ondan aliment tələbiylə ondan yol ərizəsini aldı. Rusiyadan qayıdandan sonra əbülfəz aliment ödəməsin deyə Susanaya yalvar yaxar etdi, dedi anam məni irana müalicəyə aparıb, düzəlmişəm. Susana onun bu yalanlarına inandı, hər bir qadın kimi oda xoşbəxt ailə, uşaqının atası yanında olmağını istəyirdi. Susana körpə ikən atasını avtoavariyada itirdiyi üçün, istəmirdi Nərgizdə atasız böyüsün. Biz Susananın bu addımıyla qəti razı deyilkdik. Amma Susana əbülfəzin bu yalanlarına inanıb qayıtdı o lənətlənmiş evə. Susana əbülfəzdən nigah tələb edəndə, orda olarkən bildiki əbülfəz dubaya gedib gələn bir qadından 5000 dollar alıb nigah baqlayıb. Əbülfəz işləmirdi anası Simuzərdən və xaricdə yaşayan bacısından aslı idi. Susana ikinci uşaqa hamilə qalandan sonra əbülfəz Susanayla başladı öz despotluğun, zalımlığın göstərməyə. Əbülfəz həmişə anası və bacılarından aslı olduğu üçün, onlar tərəfindən heç vaxtı önəmə qoyulmadığı üçün, həmişə onlar tərəfindən şəxsiyyəti alçaldığı üçün, o özünə və şəxsiyyətinə qoyulan hörməti Susanada görmüşdü, o heç bir yerdə işləməsədə, Susana və övladlarına həyatı boyu heç vaxtı maddi köməklik etməsədə, Susana onu ailədə ər kimi, uşaqlarının atası kimi ona hörmət saxlamışdı. Əbülfəz bunu görüb Susananı zəif bir kəskimi onun üzərində hökümdarlığ edirdi. Əbülfəz Biləndə ki, Susana uşaqları götürüb anasının yanına qayıtmaq istəyir, anası smuzərlə birləşib Susananı evdə güdməyə, mənzilin qapısını acarladılar. simuzər əbülfəzə deyirdi Susananın anası rusdur, ona düzgün tərbiyə verməyib, əbülfəz az yaşlı Nərgizin gözü önündə Simuzərin təşkililə Susananın saçını zorla qırxırdı, şərəf ləyaqətin alçaldırdı, qayçıyla bədəninə xəsarətlər yetirirdi, millətçikik edirdilər, bizim Susanaya aldığımız paltarları kəsib doqrayırdı. Susana evdən canın götürüb qaçdı, AR bütün hüquq mühafizə orqanlarına məktublar yolladı. Polisə dəfələrlə şikayət etdi ki, tək istəyi körpələri onlardan almağ idi. Susana Nəsimi məhkəməsinə uşaqların polis yolu ilə o evdən götürməsi üçün iddia ərizəsi verdi. Amma kimsə kömək etmədi. Susana ana idi, o bütün işgəncələrə tək körpələrinə görə dözürdü. Məcbur olub qayıtdı həmən evə. 15 may 2017ci ildə əbülfəz mənzildə Susananın alnını Nərgizin, simuzərin və iran vətəndaşı olan əsani səidin gözü önündə bicaqla yaraladı. Susana canını qorumaq üçün, buları qorxutmaq üçün balkona çıxıb kömək istədi, 26 dəqiqə balkonda qaldı. Simuzər Nərgizi gətirdi, əbülfəz bundan istifadə edib birdən əyilib Susananın ayaqına küt alətlə zərbələr endirdi. Susana özünü saxlasada, ayaqı zərbəyə dözməyib düşdü, lakin Susana özünə güc yığıb dizini qoydu balkonun qırağına, lakin əbülfəz öz cinayətini sona yetirdi. Susananı burub atıb öldürdü. Simuzər orada hadisə və hərəkət əgər balkonun bu üzündə baş verirsə, niyə balkonun içində sağ əliylə hərəkətlər edir? Niyə Susana haraya mama mama ma…. diyərək çaqırır? Niyə Nərgiz əbülfəzin gəlişindən sonra mama qışqırır? Niyə orada 26 dəqqiqə qalır? Niyə Əbülfəz rəna adlı qadından 14 may 2017ci ildə boşanır? Niyə simuzər Susananın ölmün Susananın anasına demir? Niyə Simuzər Susananı morqa atıb gedir? Niyə yas etmir? Niyə Simuzər bu gün körpələri Susananın anasına göstərmir? Niyə uşaqın gördüklərin heçkəs uşaqdan soruşa bilmir? Bu gün Susananın yaşadıqların Susananın anası yaşayır. Kimsə bu cinayəti haqq və ədalətlə, Qanunla görmək istəmir.
Susananın anasının belini bükənlər, iki körpəni anasız qoyanlar, həyat dolu Susananı bu gənc yaşında qara torpaqa qurban verənlər simuzər və əbülfəz niyə cinayətlərin törədib layıqlı cəza almamalıdırlar?
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları və Ici vitse prezident Mehriban xanım Əliyevaya müraciət edirik, Susananı öldürənlərə layıqlı cəzalarına çatmaqda bizə köməklik edəsiniz, Körpə Nərgiz və Nəzrini Olqa nənələrinin sevgisinə və himayəsinə qaytarmaqda yardım əlinizi uzadasınız.(10may.az)

aia.az

Geri dön