Ana Sayfa > Manşet / Siyasət > PA rəsmisi: “Bu, çox təhlükəli bəyanatdır”

PA rəsmisi: “Bu, çox təhlükəli bəyanatdır”


28-11-2017, 10:56. Yazar: admin
PA rəsmisi: “Bu, çox təhlükəli bəyanatdır”


"Azərbaycan müasir dövrdə nadir ölkələrdəndir ki, multikulturalizm burada dövlət siyasətidir".

aia.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov "Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda keçirilən beynəlxalq konfrans deyib.

PA rəsmisi qeyd edib ki, multikulturalizm ənənələrindən biri Azərbaycanda dövlət və din münasibətlərinin yüksək səviyyədə olmasıdır: "Bəzi ölkələr multikulturalizm siyasətindən üz döndərilməsi və problemlərin yaranmasından şikayət edir. Hətta bəzi bəyanatlar verilir ki, multikulturalizm iflasa uğrayıb. Bu, çox təhlükəli bəyanatdır. Çünki əgər mulikulturalizm iflasa uğrayıbsa, bunun alternativi semitizim, islamafobiya, ksenofobiya və bu kimi mənfi amillərdir".

PA rəsmisi əlavə edib ki, Azərbaycan multikulturalizm siyasətini dövlət siyasəti kimi qəbul edib: "Azərbaycan sivilizasiyalararası dövlətdir. Bizim təcrübəmiz öyrənilir. Başqa ölkələrdə də dinlər və millətlərarası münasibətlər sağlam zəmində qurulacaq. Multikulturalizm siyasəti ölkənin həm daxili, həm də xarici siyasətində özünü göstərir".

aia.az
Geri dön