Ana Sayfa > Karusel / Aia TV > Keçmiş millət vəkili Pərvini biabır etdi: "Pərvinkimilər hər ölkədə var"

Keçmiş millət vəkili Pərvini biabır etdi: "Pərvinkimilər hər ölkədə var"


27-11-2017, 15:51. Yazar: admin
Keçmiş millət vəkili Pərvini biabır etdi: "Pərvinkimilər hər ölkədə var"




Keçmiş məhkum, sabiq millət vəkili Gülər Əhmədova tanınmış aktrisa Pərvin Abıyevanı tənqid edənlər sırasına qoşulub. Xəbərçi.az bildirir ki, xanım Əhmədova qəzəbini belə biruzə verib: "Bu pərvinlər göydən düşmür, onlar bütün dünyada və ölkələrdə var. Bu əyalət pərvinlərinin böyük meqapolislərdə yaşadıqları "uğur" eyforiyasının xarakterik xüsusiyyətləridir. Əgər zamanında bu pərvinləri öz xalqı, milli mənsubiyyəti, dili, mədəniyyəti, adət-ənənləri ilə fəxr etməyi öyrətsəydik, o da osmanlı kultu qarşısında əyilib əzilməzdi. Əslində, o özü də hiss etmədən böyüdüyünü düşündüyü vaxtda "Hürriyət" yazarı tərəfindən çox pis əzilir, kiçildilir. Əlbəttə ki, o bunu çox az müddətdən sonra heyran olduğu şəhərdə heyran olduğu şəxslər tərəfindən hiss edəcək və eşidəcək. Amma, maləsəf ( türkün sözu) sonrakı peşmançılıq fayda verməyəcək. P.S. "Москва слезам не верит" filmi yadınızdadır. Əyalətdən Moskvaya gələn qızların ( лимитчица) həyatı...".(xeberci.az)

aia.az
Geri dön