Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda əkin yerlərini yandıranlar CƏZALANDIRILACAQ
Azərbaycanda əkin yerlərini yandıranlar CƏZALANDIRILACAQ27-11-2017, 15:11. Yazar: admin |
Əkin yerlərinin yandırılmasına görə cəzaların məbləği müəyyənləşib. aia.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə sənəd təqdim edilib. Yeni sənədə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilir. Maddədə göstərilib ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər. Layihə qəbul olunduğu təqdirdə 2018-ci il fevralın 1-dən qüvvəyə minəcək. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik parlamentin Aqrar siyasət komitəsinin sabah-noyabrın 28-də keçiriləcək iclasında müzakirə ediləcək. aia.az Geri dön |