Ana Sayfa > Karusel / Aia TV > Azərbaycanlı fotoqrafın yeni studiyasına məşhur axını – FOTOLAR

Azərbaycanlı fotoqrafın yeni studiyasına məşhur axını – FOTOLAR


27-11-2017, 10:49. Yazar: admin




Tanınmış fotoqraf Yusif Şıxıyevin yeni fotostudiyasının açılış mərasimi baş tutub.

aia.az xəbər verir ki, "Yusif Shıkhıyev" adlanan yeni məkanın açılışına bir çox tanınmış simalar qatılıb. Onların arasında rəqqasə Renka, istedadlı maqazin jurnalisti və PR meneceri Elton Hacıyev, vizajist Aygün Ayxanlı, müğənni Samir Oruc, teleaparıcılar Hamit Özgür, Aysel Nazim, Sima Çələbi, instagramın fenomeni Altun Mətləboğlu, darbuka-davul ifaçısı Elşən Məmmədov və başqaları olub.

Məkanın açılışında "ElleParfum" mağazalar şəbəkəsi tərəfindən iştirak edən bütün qonaqlara hədiyyələr təqdim olundu.

Fotoqrafın xoş gününə yığışan məşhurların gecədə xeyli əylənməsi diqqətlərdən yayınmayıb.

Qeyd edək ki, həmin gün "Elay" fotostudionun yaradılmasının 10 illik yubileyi qeyd edilib.

aia.az









Geri dön