Ana Sayfa > Karusel / Aia TV > Renkanın PR meneceri bacısıla işləyəcək - Foto

Renkanın PR meneceri bacısıla işləyəcək - Foto


27-11-2017, 10:44. Yazar: admin






İstedadlı rəssam və dizayner Səadətdən yeni xəbər var.

Rəssam və dizayner son vaxtlar yaradıcılıq fəaliyyətini aktivləşdirən istedadlı maqazin jurnalisti və PRmeneceri Elton Hacıyevlə iş birliyinə imza atıb.

aia.az-ın məlumatına görə, tərəflər yenicə işləməyə başlasalar da, artıq bəzi böyük layihələr haqda danışıqlar aparıblar.

Səadət qeyd edir ki, Elton ilə iş birliyi hər kəsin düşündüyündən daha yaxşı olacaq: "Elton ilə bu gün yox, illərdir tanışlığımız var. O bəyin iş görmək qabiliyyəti ilə yanaşı, həm də müsbət aurası var. Onun yanında özümü çox rahat hiss edirəm. O, həm peşəkar PR menecer həm də yaxşı dostdur. Bizim xasiyyətimizdə hətta kaprizlərimiz eynidir. Ümid varam ki, bu iş birliyi uzun ömürlü və uğurlu olacaq. Ən böyük həzz hər kəsin "bacarmarsan" dediyini bacardığın an bəxş olunur".

Elton da, öz növbəsində, Səadətlə iş birliyinə böyük ümidlər bəslədiyini dilə gətirdi: " Bilməyənlər bilsin ki, mən Səadəti və bacısı Renkanı bu gün yox, illərdir tanıyıram. Səadət ilə iş birliyindən uğurlar gözləyirəm. Çünki o da səhnəni sevən rəssam və daim yeniliklərə qaçan rəssamlardandır. Ümid varam ki, iş birliyimiz xeyirli olacaq. Yeni və çox maraqlı layihələrimiz var".

aia.az


Geri dön